BQXK nümayəndələri ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər

Posted by

BQXK nümayəndələri ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblərBQXK nümayəndələri ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər

BQXK nümayəndələri ermənilər tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçılar tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər.

Trend Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə BQXK-nın Yerevan nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.

Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov sentyabrın 5-də axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə faktı təsdiqləyərək bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.

 

Trend/az