BQXK itkin düşən Azərbaycan hərbçilərinin tapılması üçün tərəflər arasında dialoqa başlayıb

Posted by

BQXK itkin düşən Azərbaycan hərbçilərinin tapılması üçün tərəflər arasında dialoqa başlayıbBQXK itkin düşən Azərbaycan hərbçilərinin tapılması üçün tərəflər arasında dialoqa başlayıb

BQXK itkin düşən Azərbaycan hərbçilərinin tapılması üçün tərəflər arasında dialoqa başlayıb

Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisinin itkin düşməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edilib.

 

Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, bu barədə komitəyə dövlət orqanlarından məlumat daxil olub. BQXK neytral vasitəçi olaraq tərəflərlə həmin şəxslərin taleyinə aydınlıq gətirmək üçün dialoq aparır.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi iki hərbçinin itkin düşməsi barədə məlumat yayıb. Məlumata görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

 

Apa.az