BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Posted by

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edibBP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Azərbaycan prezidenti İlham Əliyev doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, Q. Birrellin məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm. Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.

Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

 

 

BP şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq. Bir daha vurğulamaq istəyirik ki, BP şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək”.

 

Apa.az