BMT nümayəndəsi: “2015-ci ildə humanitar təşkilatlar çətinliklərlə üzləşəcək”
“2015-ci ildə humanitar təşkilatlar çətinliklərlə üzləşəcək”.
APA-nın məlumatına görə, bunu BMT humanitar məsələləri üzrə koordinasiya şöbəsinin nümayəndəsi Con Qinq deyib.
“Bir il əvvəl 52 milyon adamın humanitar yardıma ehtiyacı olsa da, bu ilin sonunda onların sayı 76 milyona çatıb. Bu insanlara dəstək olmaq üçün 19 milyard dollar tələb edilir, bu da ki ötən il ilə müqayisədə 6 milyarddan çoxdur. Yüz minlərlə adam, milyonlarla uşaq münaqişə nəticəsində həlak olur, onlar dəhşətli şəraitdə yaşamağa məcburdurlar”, – deyə o vurğulayıb.
C. Qinq xatırladıb ki, beynəlxalq ictimaiyyəti nikbin olmağa və böhranların siyasi yollarla həllini tapmağa çağırıb.
BMT nümayəndəsi həmçinin qeyd edib ki, 2014-cü il humanitar sahədə çalışan şəxslər üçün təhlükəli olub. Onun sözlərinə görə, hücumlar nəticəsində onlardan 85 nəfər həlak olub.
Apa.az