BMT İnkişaf Proqramı ilə məşğulluq sahəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Posted by

Martın 14-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ilə BMT İnkişaf Proqramının rezidentinin müavini Nato Alhazişvili arasında görüş olub.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT İP ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrdən söz açılıb. Qeyd olunub ki, 2004-cü ildən etibarən həyata keçirilən bu əməkdaşlıq ölkəmizdə innovasiyanın və məşğulluğun inkişafına öz töhfəsini verib. Xüsusən də birgə icra olunan “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakı və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafında, işaxtaranların əmək bazarına inteqrasiyasında önəmli rol oynayıb.

Bu mərkəzlərdə təşkil olunan müvafiq təlimlər nəticəsində işsiz insanlar müasir iş axtarma metodlarına yiyələnərək, yeni metodlardan istifadə etməklə özlərinə münasib iş tapıblar. M.Kərimli BMT İP ilə əməkdaşlıqda aparılan işlərin genişləndirilməsinin, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğuluq imkanlarının artırılmasına istiqamətlənən digər yeni layihələrin icra olunmasının da önəmli ola biləcəyini bildirib.

Görüşdə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Trend.az