BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Təhlükəsizlik Şurasında çıxış edəcək

Posted by

BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi Təhlükəsizlik Şurasında rəsmi Dəməşq və müxalifət arasında Cenevrədə keçirilən görüşlərin ilkin yekunlarına dair məruzə ilə çıxış edəcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, martın 13-də baş tutan tədbir bağlı qapılar arxasında keçiriləcək.

Sonuncu dəfə Lahdar Brahimi Nyu-Yorkda 2013-cü ilin sentyabrında, BMT Baş Assambleyasının 68-ci sessiyasının “nazirlər həftəsində” iştirak edərək TŞ-nın daimi üzvləri olan Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransanın xarici işlər nazirləri ilə gizli məsləhətləşmələr aparıb.

Bununla belə, fevralın 11-də başa çatmış Cenevrə danışıqlarının gələcək taleyi bəlli deyil. Xatırladaq ki, danışıqlar martın əvvəlində bərpa olunmalı idi.

Apa.az