BMT-nin Statistika Komissiyasının 48-ci sessiyası keçirilir

Posted by

BMT-nin Statistika Komissiyasının 48-ci sessiyası və dayanıqlı inkişaf məqsədləri üzrə yüksək səviyyəli Forum keçirilir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 6-10 mart tarixlərində Nyu-Yorkda BMT-nin Statistika Komissiyasının 48-ci sessiyası və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində nailiyyətlərin ölçülməsinə həsr olunmuş rəsmi statistika üzrə Yüksək Səviyyəli Forum keçirilir. Tədbirlərdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov iştirak edir.

2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün göstəricilər, rəsmi statistikanın islahatı proqramı, regional səviyyədə statistikanın inkişafı, rəsmi statistika üçün böyük məlumatlar, qlobal statistika sistemində keyfiyyətin təmin olunması, rəsmi statistikanın əsas prinsipləri, statistik və coğrafi-məkan məlumatlarından kompleks istifadə, sosial statistika, narkomaniya və narkotiklərin statistikası, milli hesablar, ekoloji-iqtisadi uçot, beynəlxalq müqayisələr proqramı, müəssisələrin reyestrləri, turizm statistikası, iqtisadiyyatı təbii resurslara əsaslanan ölkələr üçün statistika kimi məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

Trend.az