BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycanla bağlı hesabatlarını təqdim ediblər

Posted by

BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycanla bağlı hesabatlarını təqdim ediblərBMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycanla bağlı hesabatlarını təqdim ediblər

BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Azərbaycanla bağlı hesabatlarını təqdim ediblər

İyunun 16 və 17-də Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupu və məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani Azərbaycan Respublikasına səfərlərinin yekununa dair hesabatlarını BMT İnsan Hüquqları Şurasının 29-cu sessiyasına təqdim ediblər. Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ç. Bəyani 18-24 may 2014-cü il tarixlərində, Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvləri isə 18-27 avqust 2014-cü il tarixlərində Azərbaycan Respublikasında işgüzar səfərdə olublar.

 

İşçi Qrupun hesabatının təqdimatı zamanı qrupun sədri və məruzəçisi Michael K. Addo səfər dəvətinə və səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib. Qrup öz hesabatında son illər ərzində Azərbaycanda iqtisadi inkişaf, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, habelə korrupsiyaya qarşı mübarizə sahələrində mühüm nailiyyətlərin əldə edildiyini vurğulayıb. Bununla yanaşı, qrup ölkədə biznes və insan hüquqlarının tam təmin olunmasının qarşısında duran əsas maneənin məhz Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişə nəticəsində öz yurd-yuvalarını tərk etmiş qaçqın və məcburi köçkünlər məsələsi olduğunu qeyd edib. Ermənistan nümayəndə heyətinin etirazına cavab olaraq M. Addo Ermənistan tərəfini BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsini nəzərdən keçirməyə çağırıb.

 

BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Çaloka Bəyani də hesabatın təqdimatı zamanı Azərbaycanda məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşması, onların yaşayış yerləri ilə təmin olunması sahəsindəki tərəqqini xüsusilə qeyd edərək hökumətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Məruzəçi hesabatda məcburi köçkünlərin hüquqlarının tam bərpa olunması üçün ilk növbədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətraf ərazilərindəki münaqişənin tezliklə həll edilməli olduğunu bildirib və bu xüsusda BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin, habelə BMT Baş Assambleyasının 62/243 (2008) saylı “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsinin yerinə yetirilməsinə çağırıb.

 

Xüsusi məruzəçi eyni zamanda, Azərbaycanlı məcburi köçkünlərin məsələsini xüsusi diqqəti altında saxlayacağını söyləyib və bu istiqamətdə Azərbaycan Respublikası hökuməti ilə mövcud konstruktiv əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.

 

Apa.az