BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib

Posted by

BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib

 

BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib

BMT-də Beynəlxalq Novruz Günü münasibətilə ənənəvi tədbir keçirilib

 

Martın 24-də Azərbaycan, Əfqanıstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri tərəfindən 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə BMT-də ənənəvi tədbir keçirilib.

Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ölkəmizin BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq qeyd edib ki, Novruzun əsas cəhəti onun siyasi, dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar arasında bağlayıcı rol oynamasıdır. O vurğulayıb ki, sülh, humanizm, hörmət və tolerantlıq ideyalarını özündə birləşdirdiyinə görə Novruz universal mədəni dəyərlər sistemində öz layiqli yerini tutub.

A.Mehdiyev dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə Novruzun aşıladığı bu dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb.

Tədbir zamanı iştirakçılara Novruz bayramını qeyd edən ölkələrin milli mətbəxinə aid şirniyyatlar paylanıb və Novruzla bağlı milli adət-ənənələri nümayiş etdirən videosüjetlər nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasının yekdilliklə qəbul etdiyi qətnamə əsasında təsis edilən Beynəlxalq Novruz Günü həmin vaxtdan etibarən hər il BMT-də qeyd edilir və keçirilən birgə tədbirlər BMT-nin üzv dövlətlərində böyük maraq doğurur.

 

Trend.az