BMT baş katibinin gənclər üzrə elçisi: “Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir”

Posted by

BMT baş katibinin gənclər üzrə elçisi: “Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir”BMT baş katibinin gənclər üzrə elçisi: “Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir”

BMT baş katibinin gənclər üzrə elçisi: “Azərbaycanda gənclər siyasətinə xüsusi diqqət yetirilir”

“Azərbaycanda infrastruktur inkişaf edir. Gənclər siyasətinə xüsusi diqqət yetirilir”.

 

APA-nın xəbərinə görə, bunu Bakıda bu gün işə başlayan Gənclər siyasəti üzrə I Beynəlxalq Forumda iştirak edən BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhendavi deyib: “Azərbaycanda gördüm ki, gənclər müxtəlif sahələrə yönləndirilir, onların bilik və bacarıqlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir”.

 

BMT təmsilçisi qeyd edib ki, Gənclər siyasəti üzrə I Beynəlxalq Forumun Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır: “Biz Azərbaycanın beynəlxalq tədbirlərdə fəal çıxış etməsini yüksək qiymətləndiririk”.

 

Gənclərin “İŞİD” və digər terror qruplaşmalarına qoşulmasına münasibət bildirən Əhməd Əlhendavi “Gənclərə sərmayə qoyulmalıdır ki, onlar öz enerjilərini başqa müxtəlif istiqamətlərə yönəldə bilsinlər”, deyə vurğulayıb.

 

BMT nümayəndəsi qeyd edib ki, gənclərin düzgün istiqamətləndirilməməsi onların gələcəkdə silahlı qruplaşmalara qoşulmasına səbəb olur: “Biz istərdik ki, bütün ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilsin və gənclər düzgün istiqamətləndirilsin”.

 

Apa.az