BMqT: Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır

Posted by

BMqT: Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır

BMqT: Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır

BMqT: Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır

Miqrasiya idarəçiliyi sahəsində Azərbaycan modeli dünyada nümunəvi model olmalıdır. Artıq Azərbaycan mexanizmlərini öyrənməyə maraqlı olan ölkələr var. Trend-in məlumatına görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Bakıda “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMqT miqrantların, əcnəbilər deyə adlandırılan insanların Azəbaycana gəldiyi zaman hüquqlarının tam təmin olunması, beynəlxalq normalara uyğun qorunması, təmin edilməsi istiqamətində Azərbaycan dövlətinin göstədiyi səyləri, fəaliyyətini yüksək qiymətləndirir: “Azərbaycanın beynəlxalq səviyyədə tranzit rolunun, infrastrukturunun inkişaf edəcəyini gözləyirik. Azərbaycanda nəqliyyat xətlərinin genişləndirilməsi, iqtisadi fəaliyyətin gücləndirilməsi tranzit miqrasiyasının artmasına səbəb olacaq”.

BMqT rəsmisi bildirib ki, Azərbaycanda miqrantların hüquqları yüksək səviyyədə qorunur: “Bəzi dövlətlərdə xarici ölkə vətəndaşlarına qarşı dərisinin rəngi, dili, dininə görə ayrı-seçkilik edilsə də, Azərbaycanda bu hallar müşahidə olunmur. Buna Azərbaycan xalqının tolerant, qonaqpərvər olmasının da çox böyük təsirləri var”.

S.Aktoprak qeyd edib ki, BMT-nin hesablamalarına görə, 2011-ci ildə dünyada beynəlxalq miqrantların sayı 210 milyon, 2013-cü ildə isə 232 milyon təşkil edib. 232 milyon miqrant təxminən İndoneziyanın əhalisinə bərabər bir rəqəmdir. Son iki ildə belə bir artım nəzərə alınsa, beynəlxalq miqrantların qazanclarından öz ölkələrinə göndərdiyi vəsaitin 500 milyard dolları keçəcəyi gözlənilir. Bu rəqəm Səudiyyə Ərəbistanının ümumi daxili məhsulunun həcminə yaxınlaşmış olacaq.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan 2008-ci ilə kimi miqrasiya balansı mənfi olan ölkə idi. Amma ölkənin sosial-iqtisadi inkişafa dair ortaya qoyduğu siyasət nəticəsində Azəbaycan beynəlxalq miqrantların təyinat ölkəsinə çevilib.

BMqT rəsmisi qeyd edib ki, 2011-ci ildə Azəbaycanda giriş və çıxışların sayı təxminən bərabər səviyyədə – 5 milyon 700 min civarında olub. 2013-cü ildə də giriş-çıxışların sayı demək olar ki, eyni səviyyədə olub – 6 milyon 800 min: “İlk baxışdan giriş və çıxış sayları bir-birinə çox yaxındı və rəqəmlər arasında çox böyük fərq yoxdur. Amma maraqlısı ondadır ki, 2 il ərzində 1 milyondan artıq giriş-çıxış fərqi yaranıb. Bu, o deməkdir ki, insanların yerdəyişməsi böyük sürətlə gedir. Əhalinin sayı yüz milyon olsaydı, bu artım çox görünməzdi. Amma Azərbaycanda əhalinin sayının 9 milyondan bir az çox olduğunu nəzərə alsaq, biz görürük ki, yerdəyişmə hərkətləri çox ciddi vəziyyətdədir və bu templər hələ də davam edir”.

 

Trend.az