Əbülfəs Qarayev: Azərbaycan dövlətinin niyyəti insanların tələblərinə cavab verən kitabxanaların mövcud olmasıdır

Posted by

Azərbaycan dövlətinin niyyəti insanların tələblərinə cavab verən formada fəaliyyət göstərən kitabxanaların mövcud olmasıdır. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün ADA Universitetində Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi mövzusunda 1-ci beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Ə.Qarayev qeyd edib ki, bu gün kitabxana şəbəkəsi Azərbaycanın hər bir rayonunda, kəndində mövcuddur.

Kitabxanaçılığın inkişafı ilə bağlı 2008-2013-cü illəri əhatə edən dövlət proqramının uğurla icrasını qeyd edən nazir bu sahənin inkişafı üçün yeni proqram hazırlandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, yeni texnologiyaların inkişafı kitabxana işində də münasibətləri dəyişməkdədir.

Ə.Qarayev qeyd edib ki, kitabxana işinin də rəqəmsal texnologiyalara keçidi kitabxanalardan istifadənin metodlarını dəyişib: “İndi insanlar daha çox rəqəmsal kitablardan istifadə edirlər”.

Nazir əlavə edib ki, kitabxanalar özləri də fəal olmalı, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların biliklərinin artırılmasına yardım göstərməlidir.

Trend.az