“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir

Posted by

Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Qeyd edək ki, hazırda bu müddət 5 gündür.

Trend.az