Bələdiyyə seçkilərində namizəd olmaq üçün 959 nəfər müraciət edib

Posted by

Bələdiyyə seçkilərində namizəd olmaq üçün 959 nəfər müraciət edibBələdiyyə seçkilərində namizəd olmaq üçün 959 nəfər müraciət edib

Bələdiyyə seçkilərində namizəd olmaq üçün 959 nəfər müraciət edib

“Bələdiyyə seçkiləri ilə bağlı məlumatlandırma və maarifləndirmə xarakteri daşıyan plakatları heç bir halda binaların divarlarına vurmaq olmaz”.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı çağırış plakatlarının əhalinin sıx olduğu ictimai yerlərdə asılmasının zamanı çatıb.

 

M. Pənahov deyib ki, plakatlar yapışdırılandan sonra binaların divarların təmizləmək çətin olur. O, çağırış plakatlarının küçələrdə şüşə vitrinlərdə asmağın daha məqbul olduğunu vurğulayıb: “İndi ticarət mərkəzlərində gözəl şüşə vitrinləri var. Plakatlar o vitrinlərdə daha gözəl görünür”.

 

M. Pənahov bu günə qədər bələdiyyə seçkilərində namizəd olmaq üçün müraciət edənlərin də sayını açıqlayıb. Onun sözlərinə görə, bu günə qədər namizəd olmaq istəyən 959 nəfər seçki komissiyalarına bildiriş verib. Ümumilikdə, 10 partiyanın üzvü olan şəxslər seçki komissiyalarına bildiriş təqdim edib.

 

Apa.az