Bir ay ərzində əmək qanunvericiliyinin pozulması ilə bağlı 1953 fakt aşkar olunub

Posted by

Bu ilin noyabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1953 fakt aşkar olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,1 faizi (128 969 manat) dövlət büdcəsinə ödənilib.

AzərTac.az