Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək

Posted by

Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək

Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcəkBişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək

Noyabrın 20-21-də Bişkekdə II Beynəlxalq Qırğızıstan-Azərbaycan Gənclər Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Qırğızıstanın “Kabar” informasiya agentliyi xəbər yayıb.
Qırğızıstanın Əmək, Miqrasiya və Gənclər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, forumun məqsədi iki ölkənin gəncləri, dövlət strukturları səviyyəsində gələcək əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsidir.
Həmçinin forumda tələbə özünüidarəsi, tərəfdaş təşkilatlar və QHT-lər, iki ölkənin gəncləri üçün müasir çağırışlar və onların həlli yolları məsələlərinə baxılacaq.
Məlumata görə, tədbirdə Qırğızıstanın əmək, miqrasiya və gənclər naziri Aliyasbek Alımkulovun və Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin iştirak edəcəkləri gözlənilir.