Bəhreyn Kralı Azərbaycanın müdafiə nazirini qəbul edib

Posted by

Bəhreyn Kralı Azərbaycanın müdafiə nazirini qəbul edibBəhreyn Kralı Azərbaycanın müdafiə nazirini qəbul edib

Bəhreyn Kralı Azərbaycanın müdafiə nazirini qəbul edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri səmimi qəbul üçün Krala minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamını çatdırıb, Bəhreyn xalqına daimi tərəqqi və rifah arzulayıb.

 

Şeyx Həməd bin İsa Əl Xəlifə, öz növbəsində, müdafiə nazirini salamlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə təkamül və inkişaf diləyib. Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.

 

Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Trend.az