Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada itkin düşən azərbaycanlı iş adamlarının adını siyahısına salıb

Posted by

Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada itkin düşən azərbaycanlı iş adamlarının adını siyahısına salıbBeynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada itkin düşən azərbaycanlı iş adamlarının adını siyahısına salıb

Beynəlxalq Qızıl Xaç Komitəsi Ukraynada itkin düşən azərbaycanlı iş adamlarının adını siyahısına salıb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ukraynada itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilovun adını öz siyahısına salıb və axtarış elan edib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında deyib ki, bu barədə BQXK Kiyev nümayəndəliyinin səfirliyə ünvanladığı rəsmi cavab məktubunda bildirilib.

 

Məktubda qeyd olunub ki, Azərbaycan diasporunun itkin düşən üzvləri BQXK tərəfindən siyahıya alınaraq qeydiyyata alınıb, döyüşlər gedən Luqansk və Donetsk vilayətlərində onların tapılması üçün lazımı addımlar atılacaq.

 

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Ukraynanın Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib və həmin ərazi bombardmana düşdükdən sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan, 1964-cü il təvəllüdlü Cahangir Əliyev Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır. Azərbaycanın Ukraynadakı səfirliyi ötən ayın sonunda onlarla bağlı BQXK və Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət edib.

 

A. Osmanov onu da bildirib ki, bir müddət əvvəl itkin düşən və sonradan meyiti tapılan Luqansk şəhər sovetinin keçmiş azərbaycanlı deputatı Azad Vəliyevin meyiti ilə bağlı ekspertiza artıq yekun rəy verib və onun meyiti dəfn olunması üçün Azərbaycana göndərilib.

 

APA.az