Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru Azərbaycanda səfərdədir

Posted by

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru Azərbaycanda səfərdədir

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru Azərbaycanda səfərdədir

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru Azərbaycanda səfərdədir

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru xanım Elizabet Hou Azərbaycanda rəsmi səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elizabet Hou səfəri çərçivəsində ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov ilə görüşlər keçirəcək, həmçinin Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları, xüsusilə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni prokurorluq və məhkəmə infrastrukturu, o cümlədən Ali Məhkəmə, Yasamal Rayon Məhkəməsi və “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası qaydasında inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni binası ilə tanış olacaq.

Bundan əlavə, qonaq regionlara səfəri çərçivəsində aparılmış quruculuq işləri və hüquq mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar yaradılmış şəraitlə yaxından tanış olacaq.

E.Hounun Beynəlxalq Prokurorlar Assosiasiyasının Azərbaycandan olan çoxsaylı üzvləri ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru xanım Elizabet Hou bu gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Trend.az