Beynəlxalq İnsan Hüquqları Federasiyasının nümayəndələri Ombudsman Aparatında olublar

Posted by

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Beynəlxalq İnsan Hüquqları Federasiyasının və İşgəncələrə Qarşı Dünya Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Ombudsman Aparatından AzərTAc-a bildiriblər ki, nümayəndə heyətinin üzvləri təmsil etdikləri qurumların fəaliyyəti və birgə layihələri barədə məlumat veriblər. Onlar insan hüquqlarının müdafiəsi sahəsində ombudsman tərəfindən həyata keçirilən fəaliyyətlə maraqlanıblar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, bununla bağlı qəbul edilmiş və icra olunan milli fəaliyyət proqramları, ombudsmanın insan hüquqları sahəsində gördüyü işlər, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.

Müvəkkilin Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov ölkəmizdə işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizmin fəaliyyəti barədə məlumat verib.

Sonra nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

AzərTac.az