Beynəlxalq donor təşkilatları Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı strategiyasının təkmilləşdirilməsi üçün tövsiyələrini veriblər

Posted by

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor təşkilatlarının nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsinə dair beynəlxalq donor təşkilatların təqdim etdiyi ümumiləşdirilmiş rəyin müzakirəsi olub.

Nazir görüş iştirakçılarına göstərdikləri köməyə görə təşəkkürünü bildirib və bu sənədə böyük önəm verdiyini qeyd edib. Artıq subsidiyaların verilməsində şəffaflığın təmin olunması üzrə müəyyən işlərin görüldüyünü, texnika və gübrə ilə təminatında müəyyən güzəştlərin yaxın günlərdə olacağını bildirib.

H.Əsədov aqrar sənayedə kompleks qiymətləndirmənin aparılmasının və gələcək istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini bildirib. Hazırlanan bu siyasi sənəd əsasında gələcək fəaliyyət sənədinin hazırlanmasını nəzərə çatdırıb.

Çıxış edən Avropa İttifaqı, FAO, Dünya Bankı, Oxfam, USAID, IFC və SECO-nun nümayəndələri təqdim olunmuş sənədin bölmələri üzrə təhlillər apardıqlarını, aqrar-sənaye kompleksinin inkişafı strategiyası sənədinin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini bildiriblər.

Nazir qeyd onunan tövsiyələri nəzərə almaqla sənədin yenidən işlənməsini, qısa zamanda bir daha müzakirə olunmasını nəzərə çatdırıb və öz məsləhət və tövsiyələrini verib.

Trend.az