Beynəlxalq Bakı konfransı korrupsiyaya qarşı birgə mübarizə işinə daha sanballı töhfə verəcəkdir
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iyulun 1-də “Korrupsiyaya qarşı mübarizə: Beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner və IACA-nın xarici əlaqələr və protokol şöbəsinin müdiri Ernest Şmidt ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə IACA arasındakı əlaqələrin yüksək səviyyədə olduğu bildirilmiş, qarşılıqlı münasibətlərin bundan sonra da möhkəmləndirilməsi üçün səylərin artırılacağı diqqətə çatdırılmışdır.
Korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq Bakı konfransının əlaqələrin genişləndirilməsinə, korrupsiyaya qarşı birgə mübarizə işinin daha səmərəli təşkilinə töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
AzərTac.az