Benilüks Azərbaycanlıları Konqresi digər diaspor təşkilatları ilə əməkdaşlığını inkişaf etdirir

Posted by

Mərkəzi ofisi Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Benilüks məkanında fəaliyyət göstərən digər ölkələrin təmsilçiləri ilə əməkdaşlığını inkişaf etdirir, onlarla birlikdə müxtəlif tədbirlər keçirir. BAK-ın Qazaxıstan səfirliyi ilə birlikdə Niderlandın Rotterdam şəhərində Qazaxıstan Prezidenti gününə həsr olunan tədbirin təşkilində yaxından iştirak etməsi bunun bariz nümunəsidir.

Qazaxıstan, Azərbaycan, Türkiyə, Latviya, Litva, yəhudi diasporu ilə yanaşı, yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Prezident Nursultan Nazerbayevin həyatına həsr edilən sənədli film nümayiş olunub.

Mərasimdə çıxış edən BAK-ın sədri Sahil Qasımov türk xalqlarının qədim dostluğundan, ölkələrimiz arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafından bəhs edib.

Qazaxıstanın Haaqadakı səfiri M.Murzamadiyeva tədbirin keçirilməsində xüsusi fəallıq göstərdiklərinə görə BAK-ın rəhbərliyinə və üzvlərinə, habelə digər diaspor təmsilçilərinə təşəkkürünü bildirib.

Sonda S.Qasımov ölkələr və türk diasporları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfirə rəhbərlik etdiyi təşkilatın I dərəcəli diplomunu təqdim edib.

AzərTac.az