Belçika Krallığının Azərbaycandakı səfiri Lerik rayonunda olmuşdur

Posted by

Belçika Krallığının Azərbaycandakı səfiri Lerik rayonunda olmuşdur

Belçika Krallığının Azərbaycandakı səfiri Lerik rayonunda olmuşdur

Belçika Krallığının Azərbaycandakı səfiri Lerik rayonunda olmuşdur

Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petit Lerik rayonuna səfər etmişdir.

AzərTAc xəbər verir ki, belçikalı səfir əvvəlcə Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar və fotostendlərlə yaxından tanış olmuşdur.

Lerik şəhərindəki “Uzunömürlülər” və tarix-diyarşünaslıq muzeylərində eksponatlara baxan səfir Karen Petitə rayonun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verilmişdir.

Daha sonra xanım K.Petit rayon icra hakimiyyətində olmuşdur. Burada keçirilən görüşdə qeyd olunmuşdur ki, Belçikanın ölkəmizdəki səfirinin Lerikə ilk səfəri əlaqələrimizin daha da inkişafı baxımından əlamətdardır. Bu gün hər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün geniş imkanlar mövcuddur.

Səfir Karen Petit Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını və bu tərəqqinin Lerik rayonuna da təsirsiz ötüşmədiyini bildirmiş, rayonun füsunkar təbiətinin onu valeh etdiyini diqqətə çatdırmışdır.

Səfir Karen Petitə Lerik rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərini özündə əks etdirən kitab və yerli sənətkarların əl işlərindən ibarət sənət əsərləri hədiyyə edilmişdir.

 

AzərTac.az