Beş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıb

Posted by

Beş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıbBeş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıb

Beş il ərzində Azərbaycanda qazlaşdırmanın səviyyəsi 45 faiz artıb

2009-cu ilin sonundan indiyədək Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62,3 faizdən 90,4 faizədək artıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda paytaxt 99,1 faiz, ölkə regionları isə 84,3 faiz qazlaşdırılıb.

2009-2014-cü illərdə ilk dəfə olaraq 691 yaşayış məntəqəsi qazla təmin olunub. Hazırda ölkədə qaz abonentlərinin sayı 1,7 milyonu ötür.

 

Trend.az