“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edildi

Posted by

“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edildi“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edildi

“Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

 

Trend-in məlumatına görə, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanını “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623) 2.15-ci bəndi ləğv edilsin”.

 

Trend.az