Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək

Posted by

Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçiriləcəkBatumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək

Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək

Dekabrın 5-də Batumidə Gürcüstan İqtisadiyyat Nazirliyi, Ticarət-Sənaye Palatası və İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək.

 

Trend xəbər verir ki, Biznes forum iştirakçıları Gürcüstanın investisiya mühiti haqqında məlumatla tanış ola və onları maraqlandıran Gürcüstan şirkətlərinin nümayəndələri ilə görüş keçirə biləcəklər.

 

Bundan başqa, biznes forumda üç ölkənin dövlət strukturları da yüksək səviyyədə təmsil olunacaqlar ki, bu da özəl sektorun nümayəndələrinə onlarla birbaşa əlaqələr qurmağa imkan verəcək.

 

Trend.az