Barak Obama: “Rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmətə nail olmaq mümkün deyil”

Posted by

Barak Obama: “Rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmətə nail olmaq mümkün deyil”

 

Barak Obama: “Rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmətə nail olmaq mümkün deyil”

Barak Obama: “Rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmətə nail olmaq mümkün deyil”

 

ABŞ prezidenti Barak Obama bildirib ki, Krımın Moskva tərəfindən Ukraynadan qoparılması və Qərblə Rusiya arasında siyasi qarşıdurma nəticəsində yeni “soyuq müharibə” başlamayacaq, lakin rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmət qazanmağa nail olmaq mümkün deyil.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, B. Obama Brüsseldə Avropa Birliyi-ABŞ zirvə toplantısından sonra bəyan edib ki, hazırda baş verənlər “soyuq müharibə” deyil: “Sovet İttifaqından fərqli olaraq, Rusiya hansısa blokun başında dayanmır və qlobal ideologiyası yoxdur. Amerika və NATO Rusiya ilə münaqişə istəmir. Biz 60 il ərzində NATO ilə birlikdə yeni ərazilər tutmamışıq, xalqlarımızın azadlığı üçün birlikdə olmuşuq. Biz pozulmaz öhdəliyimiz olan NATO müqaviləsinin 5-ci maddəsinə əməl edərək müttəfiqlərimizin ərazi bütövlüyü və suverenliyini hər zaman müdafiə edəcəyik və bu öhdəlikdən geri çəkilməyəcəyik”.

 

B. Obama hazırda NATO təyyarələrinin Baltik ölkələrinin səmalarında keşik çəkdiyini və alyansın Polşada öz hərbi mövcudiyyətini gücləndirdiyini xatırladıb: “Əlbəttə, Ukrayna NATO-nun üzvü deyil. Bunun səbəblərindən biri Rusiya ilə mürəkkəb qarşılıqlı münasibətlərdir. Lakin tədricən rus xalqı başa düşəcək ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada istədiyi statusa nail ola bilməyəcək. Bu səbəblə biz Krımdakı böhranın davam edəcəyi müddət ərzində Rusiyaya qarşı təzyiqlərimizi birləşdirəcəyik və diplomatiya üçün də qapını açıq qoyacağıq”.

 

B. Obama NATO üzvlərini hərbi xərcləri artırmağa da çağırıb. O qeyd edib ki, NATO-da kollektiv təhlükəsizlik yalnız ABŞ və onun bir neçə müttəfiqinin çiyinləri üzərində dayanmamalıdır: “Kollektiv təhlükəsizlik varsa, bu, o deməkdir ki, hər kəs bu prosesdə iştirak etməlidir. Bizim bir çox tərəfdaşımızın müdafiə xərclərini azaltması məndə narahatlıq yaradıb. Hərbi xərclərin azalmasının səbəbi aydındır, çünki sizdə iqtisadi və maliyyə böhranı var. Lakin Ukraynada vəziyyət bizə onu xatırladır ki, azadlıq havayı başa gəlmir. Biz silahlara və hərbi qulluqçuların təlimlərinə pul ayırmağa hazır olmalıyıq. Bu, yalnız Amerika və ya Britaniyanın vəzifəsi olmamalııdır”.

 

Apa.az