BANM gələcəkdə beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq

Posted by

Bakı Ali Neft Məktəbi gələcəkdə bp və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq.

Bakı Ali Neft Məktəbinin (BANM) ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, bunu BANM-nin rektoru Elmar Qasımov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşündə deyib.

Rektor Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə münasibətlərin inkişafında BANM-nin də xüsusi rol oynadığını qeyd edib, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM-in əməkdaşlığı çərçivəsində universitetin müəllimlərinin Azərbaycandakı imtahan prosesində yaxından iştirak etdiyi barədə məlumat verib. British Council ilə əlaqələrdən söz açaraq, E.Qasımov BANM-in bu qurumla ən sıx əməkdaşlıq edən ali təhsil müəssisəsi olduğunu vurğulayıb.

Səfir İrfan Siddiq ölkələrimiz arasında olan ikitərəfli münasibətlərin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb. Diplomat BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığının iki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində digər universitetlərə nümunə olduğunu deyib.

Sonda səfir BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edilib.

AzərTac.az