Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək

Posted by

Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcəkBakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək

Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək

Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 100 m, eni 8 m, hündürlüyü 4 m olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommuniksaiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir.

 

4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub.

 

Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.

 

Trend.az