Bakıdakı taksilərə ciddi dəyişiklər tətbiq olunacaq

Posted by

Bakıdakı taksilərə ciddi dəyişiklər tətbiq olunacaq

Bakıdakı taksilərə ciddi dəyişiklər tətbiq olunacaq

Bakıdakı taksilərə ciddi dəyişiklər tətbiq olunacaq

Bakıda fəaliyyət göstərən taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq. Bu yeniliyi “Baku Taxi” MMC (Bakıya “London taksiləri”ni gətirən şirkət) həyata keçirəcək. Bu haqda “APA-Economics”ə “Baku Taxi” MMC-nin maliyyə direktoru Vüqar İbrahimov məlumat verib.

 

O, bildirib ki, taksilərdə müasir informasiya texnologiyaları ilə bağlı yeni xidmətlər həyata keçiriləcək.

 

“Bu xidməti “Baku Taxi” MMC həyata keçirəcək, amma ondan istənilən sərnişin istifadə edə biləcək. Məsələn, sərnişin taksini izləyə, istənilən informasiyanı əldə edə biləcək. Bundan başqa, sürücü ilə sərnişin arasında gizlilik qorunacaq, taksi sürücüsü sərnişinin telefon nömrəsini bilməyəcək, yəni onu narahat etməyəcək. Bu yenilik üçün Bakı şəhərinin müasir xəritəsindən istifadə olunacaq. Müştərini dəqiq ünvandan götürüb, dəqiq ünvana çatdırılacaq”, – deyə o qeyd edib.

 

Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda bununla bağlı tender keçirilir. Satınalmada Rusiya və Türkiyə, o cümlədən İsrailin Ukraynada fəaliyyət göstərən şirkəti iştirak edir.

 

Sentyabra qədər məsələ həllini tapması nəzərdə tutulub.

 

Qeyd edək ki, “Baku Taxi” MMC indiyədək ölkəyə 1 000 London taksisi gətirib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ölkəyə tələbata uyğun olaraq taksilərin gətirilməsi planlaşdırılır.

 

Apa.az