Bakıda “Xəzər dənizi: hüquqi statusun işlənib hazırlanmasının perspektivləri” mövzusunda Bakı-Moskva-Astana videokörpüsü keçirilmişdir

Posted by

Aprelin 18-də Bakıda “Novosti” Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan, Rusiya və Qazaxıstan ekspertlərinin iştirakı ilə “Xəzər dənizi: hüquqi statusun işlənib hazırlanmasının perspektivləri” mövzusunda Bakı-Moskva-Astana videokörpüsü keçirilmişdir. Videokörpüdə Astananı L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin hüquq fakültəsinin kafedra müdiri, professor Jumabek Busurmanov və Qazaxıstan Humanitar-Hüquq Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər kafedrasının müdiri Miras Daulenov, Moskvanı Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev və “Milli strategiya problemləri” jurnalının baş redaktoru Ajdar Kurtov, Azərbaycan paytaxtını Bakı Dövlət Universitetinin professoru, Regional Araşdırmalar Mərkəzinin rəhbəri Çingiz İsmayılov və politoloq Tofiq Abbasov təmsil etmişlər.

AzərTAc xəbər verir ki, Azərbaycanın nümayəndəsi Çingiz İsmayılov vurğulamışdır ki, Xəzərin problemlərini həll etmək üçün Xəzəryanı ölkələr müntəzəm işləməlidirlər. Məhz belə yanaşma məsələlərin kompleks həllinə əlverişli şərait yarada bilər. O demişdir: “Xəzərin mərkəzi nöqtəsini tapmaq müşkül məsələdir, çünki dənizin səviyyəsi və sahəsi dəyişir. Təbii ki, həmin nöqtə 50 kilometr və bəlkə də daha çox şimala, cənuba, qərbə və şərqə doğru dəyişə bilər. Belə optimal nöqtəni tapan adama Nobel mükafatı vermək lazımdır. Azərbaycanın mövqeyinə görə, dənizin bölünməsi beynəlxalq qanunlara uyğun olmalıdır. Hesab edirik ki, beynəlxalq təcrübə də bunu təsdiq edir ki, orta xətt sahil xəttinin konfiqurasiyasına uyğun müəyyən olunur. Sahil xətti boyunca Xəzər dənizinin ərazi hissəsinin ən böyük çıxıntısı Abşeron yarımadasıdır”.

Qeyd edək ki, aprelin 22-də Moskvada Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinə həsr olunmuş görüşü keçiriləcəkdir.

AzərTac.az