Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vətəndaşlardan 467 sənəd qəbul olunub

Posted by

Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vətəndaşlardan 467 sənəd qəbul olunubBakıda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vətəndaşlardan 467 sənəd qəbul olunub

Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vətəndaşlardan 467 sənəd qəbul olunub

Daxili İşlər Nazirliyi (DİN) bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi istiqamətində səyyar qəbul keçirib.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Suraxanı Rayon Polis İdarəsinin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayon sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.

Rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin, o cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-buluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədləri qəbul edilib.

 

Apa.az