Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Posted by

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bakıda V Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

İyulun 19-da Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Fairmont Baku” otelində V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF) öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, 250-dən artıq yerli və xarici şirkətin nümayəndəsinin iştirak etdiyi forumda dünyanın, regionun və Azərbaycanın sığorta bazarında baş verən proseslər və əməkdaşlıq imkanları müzakirə edilir.

Azərbaycanın maliyyə naziri Samir Şərifov Forumu açaraq, sığorta bazarındakı proseslərin müzakirəsinin önəmini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışdır.

Sonra çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan mövzuların sığorta bazarına təsirindən bəhs etmişdir.

Tədbirdə Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Avstriya, Rumıniya, Türkiyə və Rusiyanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ekspertləri, Avropanın Swiss Re, Minich Re, Gen Re, Everest Re, Barents Re və Honnover Re təkrarsığorta şirkətlərinin, tibbi sığorta üzrə Almaniya Fərdi Tibbi Sığorta Assosiasiyasının, Türkiyənin TARSİM (kənd təsərrüfatı sığortaları hovuzu) sisteminin, eləcə də ölkəmizin ən aparıcı sığorta və broker şirkətlərinin nümayəndələri ekspert qismində iştirak edirlər. Onlar həyat sığortası, tibbi sığorta, avtomobil sığortası və risklərin idarə edilməsi mövzusunda təqdimatlar keçirmişlər.

İki gün davam edəcək tədbirdə “Regionun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Region ölkələrinin səğorta bazarı üçün təkrarsığorta həlləri”, “Tibbi sığorta – dövlət və özəl xidmətlər arasında ortaq məxrəc”, “Təbii fəlakətlər: sığorta təminatı, maddi imkanlar, effektivlik – düzgün balans”, “Həyat sığortası”, “Avtomobil sığortası” və “Risklərin idarə edilməsi” üzrə mövzularda məruzələr dinləniləcəkdir. Habelə 2013-14-cü illərdə Azərbaycanın sığorta bazarı, Qafqaz regionunun sığorta bazarında investisiya imkanları, Qafqaz regionda Yaşıl kart sisteminin tətbiqi kimi məsələlər də diqqət mərkəzində olacaqdır.

 

AzərTac.az