Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Posted by

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilibBakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyində “Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü” münasibətilə rəsmi qəbul təşkil edilib.

AzərTAc xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun tarixə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlmişdir.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler türk xalqının istiqlaliyyət uğrunda apardığı şərəfli mübarizə yolundan danışıb. Diqqətə çatdırıb ki, böyük öndər Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini rəhbər tutan Türkiyə hərbçiləri dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirirlər. Türkiyə ordusu bundan sonra da dünyada sülhün bərqərar olması istiqamətində əzmlə mübarizə aparacaq.

Tədbir konsert proqramı ilə davam edib.

 

AzərTac.az