Bakıda sınaq qiymətləndirilmə ilə əlaqədar müəllimlər üçün keçiriləcək görüşlərin tarixləri açıqlanıb
Bakı şəhəri üzrə 12 rayonda müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, görüşlərdə müəllimlərin sualları cavablandırılacaq və bu mövzuda çıxan problemlərə fərdi yanaşılacaq.
Artıq Səbail rayonu məktəblərinin müəllimləri üçün görüş keçirilib, müəllimlər yenidən məlumatlandırılıb və sualları cavablandırılıb.
Bu gün Yasamal rayonu məktəbləri üçün 60 nömrəli məktəbdə (11:00), Binəqədi rayonu məktəbləri üçün 276 nömrəli məktəbdə (15:00) görüş keçirilir. Mayın 20-də Suraxanı rayonu məktəbləri üçün 104 nömrəli məktəbdə (11:00), Xətai rayonu məktəbləri üçün 138 nömrəli məktəbdə (15:00), mayın 21-də Nəsimi rayonu məktəbləri üçün 159 nömrəli məktəbdə (11:00), Xəzər rayonu məktəbləri üçün 183 nömrəli məktəbdə (15:00), mayın 22-də Nizami rayonu məktəbləri üçün 210 nömrəli məktəbdə (11:00), Pirallahı Nizami rayonu məktəbləri üçün 235 nömrəli məktəbdə (15:00), mayın 23-də Nərimanov rayonu məktəbləri üçün 258 nömrəli məktəbdə (11:00), Sabunçu rayonu məktəbləri üçün 271 nömrəli məktəbdə (15:00), mayın 24-də Qaradağ rayonu məktəbləri üçün 273 nömrəli məktəbdə (11:00) görüş keçiriləcək.
Trend.az