Bakıda Sloveniyanın Azərbaycandakı fəxri konsulunun təqdim olunması mərasimi keçirilib

Posted by

Bakıda Sloveniyanın Azərbaycandakı fəxri konsulunun təqdim olunması mərasimi keçirilibBakıda Sloveniyanın Azərbaycandakı fəxri konsulunun təqdim olunması mərasimi keçirilib

Bakıda Sloveniyanın Azərbaycandakı fəxri konsulunun təqdim olunması mərasimi keçirilib

Cümə axşamı Bakıda Heydər Əliyev Mərkəzində Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyevin təqdim olunması mərasimi keçirilib.

 

Trend xəbər verir ki, Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbeç mərasimdə bildirib ki, Azərbaycan və Sloveniya güclü tərəfdaşdırlar və bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək.

 

O, ikitərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin töhfəsini vurğulayıb və qeyd edib ki, müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün böyük işlər görülüb.

 

Səfirin sözlərinə görə, Azərbaycan və Sloveniya arasında siyasi və mədəni sahədə münasibətlər yaxşı səviyyədədir: “İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensial var və fəxri konsulun təyinatı iki ölkənin iqtisadi əməkdaşlığının dərinləşməsinə töhfə verəcək”.

 

M.Yazbeç əməkdaşlığın perspektiv sahələri kimi aqrar sektoru, eləcə də informasiya texnologiyaları sahəsini göstərib.

 

Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə nazirliyin kollektivi adından E.Allahverdiyevi fəxri konsul təyin olunması münasibətilə təbrik edib. Yeni təyinatın Azərbaycan ilə Sloveniya arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirən P.Mirzəzadə ölkələrimizi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırıb.

 

Fəxri konsul E.Allahverdiyev ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

 

Trend.az