Bakıda Səhiyyə Sammiti keçiriləcək
İyunun 23-24-də Bakıda “Azərbaycan və Mərkəzi Asiya” Səhiyyə Sammiti keçiriləcək.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan və Xəzəryanı bölgədən 40-a yaxın mütəxəssis iştirak edəcək.
Görüşdə tədbir iştirakçıları təmsil etdikləri dövlətlərin Səhiyyə nazirlikləri, klinika direktorları, distribüterlər, səhiyyə işçiləri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni əlaqələrin yaradılması mövzularını müzakirə edəcək, həmçinin, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni tibbi texnologiyaların tətbiqi imkanlarının araşdırılması mövzusunda fikir yürüdəcəklər.
Trend.az