Bakıda parklanma yerləri İcra Hakimiyyətinin nəzarətinə keçəcək

Posted by

Bakıda parklanma yerləri İcra Hakimiyyətinin nəzarətinə keçəcək

Bakıda parklanma yerləri İcra Hakimiyyətinin nəzarətinə keçəcək

Bakıda parklanma yerləri İcra Hakimiyyətinin nəzarətinə keçəcək

Bakıda avtomobillərin park edilməsi məsələsi tamamilə paytaxtın İcra Hakimiyyətinin nəzarəti altına keçə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda parkinqlərin fəaliyyətinin tənzimlənməsi mexanizmi hazırlanır. “Və ola bilsin ki, avtomobillərin park edilməsi ilə bağlı məsələ tam şəkildə paytaxtın İcra Hakimiyyəti orqanlarının nəzarəti altına keçsin”.

Hazırda Bakıda ictimai parklanma yerlərinin bir hissəsi Nəqliyyat Nazirliyinin, digər hissəsi isə İcra Hakimiyyətinin nəzarəti altındadır.

Tıxacların qarşısının alınması və avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün son vaxtlar Bakıda bir sıra parklanma yerləri tikilib.

Aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıdakı vəzifələrə həsr edilmiş iclasında Prezident İlham Əliyev Bakının küçə və prospektlərində qanunsuz parklanmalarla bağlı iradlarını bildirib. Bundan sonra aprelin 17-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtda yolların və prospektlərin kənarında avtomobillərin qanunsuz park edilməsinə qarşı tədbirlərin görülməsi haqqında sərəncam imzalayıb.

Habelə İcra Hakimiyyəti başçısının sərəncamı ilə qanunsuz parklanma yerlərinin ləğvi və müvəqqəti dayanacaqların yaradılması barədə qərar qəbul edilib.

 

Trend.az