Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Posted by

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilirBakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilir

Oktyabrın 24-də Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tədbirin Avropa Şurasının qərarlarının milli səviyyədə implementasiyası işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman rəhbərlik etdiyi qurum ilə milli hakimlər arasında sıx əməkdaşlığın olduğunu vurğuladı. Qeyd edildi ki, qəbul olunmuş 16 saylı protokola əsasən, milli hakimlər və məhkəmələr arasında səmərəli dialoq qurulub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına salamlarını çatdırdı.

Fuad Ələsgərov vurğuladı ki, Azərbaycan Respublikası Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə korrupsiyaya qarşı mübarizəni, insan hüquqları sahəsində qanunun aliliyinin möhkəmləndirilməsini, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsini və s. məsələləri prioritet elan edib.

İnsan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində məhkəmələrin mühüm rol oynadığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə məhkəmə orqanlarının fəaliyyətinin demokratikləşdirilməsi sahəsində görülən işlərdən danışdı, Məhkəmə-Hüquq Şurasının yaradıldığını və fəaliyyətinin genişləndirildiyini, Ədliyyə Akademiyasının təsis olunduğunu diqqətə çatdırdı. Azərbaycanda hakimlərin şəffaf seçilməsi prosedurunun Avropada yüksək qiymətləndirildiyini xüsusi vurğulayan Fuad Ələsgərov ölkəmizin Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşdığını və onların tətbiqini diqqət mərkəzində saxladığını bildirdi.

Sonra konfrans işini “Qabaqlama tədbirləri” mövzusunda birinci sessiya ilə davam etdirdi.

Sessiyanın moderatoru, Avropa Şurasının İnsan Hüquqları üzrə rəhbər komitəsinin sədri Vit Aleksandr Şorm müzakirə olunacaq məsələlər barədə məlumat verdi, belə bir mühüm tədbirin təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırdı.

Konfrans işini davam etdirir.

 

AzərTac.az