Bakıda Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi qeyd olunacaq
Fevralın 7-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubiley tədbiri keçiriləcək.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, tədbirdə professor Abbas Seyidov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hacıyeva və başqaları çıxış edəcəklər.
Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş olunacaq, muxtar respublikanın ədiblərinin kitablarından ibarət sərgi təşkil olunacaq. Tədbirin bədii hissəsində “Aysel” və “Cəngi” rəqs ansamblı, xalq artisti Azər Zeynalov, əməkdar artistlər İlqar Muradov, Nuriyyə Hüseynova musiqi nömrələri ilə çıxış edəcəklər.
Apa.az