Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası keçirilir
Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin növbəti yay sessiyası keçirilir.
Tədbir beynəlxalq iqtisadi-təhlükəsizlik mövzusuna həsr olunmuşdur.
Sessiyada bir neçə istiqamət üzrə müzakirələr aparılır.
Buraya beynəlxalq iqtisadi vəziyyət, maliyyə və enerji təhlükəsizliyi məsələləri daxildir.
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu qeyd etmişdir ki, Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarındandır. Regionun ən əhəmiyyətli dövləti hesab olunan Azərbaycan NATO-nun tədbirlərinə öz töhfəsini verir.
Beynəlxalq məktəbin məqsədi qabaqcıl tədris metodologiyası üzrə mühazirələr, fikir mübadiləsi aparmaqdır.
Tədbirdə 17 ölkədən qırxa yaxın tələbə və gənc alim iştirak edir.
AzərTac.az