Bakıda MDB-yə üzv dövlətlərin VII Beynəlxalq bank konfransı keçiriləcək

Posted by

Bakıda MDB-yə üzv dövlətlərin VII Beynəlxalq bank konfransı keçiriləcəkBakıda MDB-yə üzv dövlətlərin VII Beynəlxalq bank konfransı keçiriləcək

Bakıda MDB-yə üzv dövlətlərin VII Beynəlxalq bank konfransı keçiriləcək

Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB Maliyyə-Bank Şurasının təşkilatçılığı ilə noyabrın 13-dən 16-dək Bakıda MDB-yə üzv dövlətlərin VII Beynəlxalq bank konfransı keçiriləcək.

Bu barədə MDB-nin Maliyyə-Bank Şurasının saytında məlumat verilir. Konfrans MDB ölkələrinin strateji əməkdaşlığının inkişafı, maliyyə-bank sistemləri, milli maliyyə bazarlarının restrukturizasiyası, birja strukturları və lizinq, həmçinin üzv ölkələrdə islam maliyyələşdirməsinin inkişafı məsələlərini əhatə edəcək.

Plenar iclaslarda MDB maliyyə bazarlarının qarşılıqlı əməkdaşlığı, üzv ölkələrdə ümumdünya və milli ödəniş sistemlərinin yaradılması və istifadəsi, maliyyə bazarları iştirakçılarının say və keyfiyyətinin inkişafı və optimallaşdırılmasında milli tənzimləyicilərin rolu, bank sektorunun kapitallaşdırılması və yenidən kapitallaşdırılması mənbələri, o cümlədən birja məhsullarına yeni yanaşma problemləri müzakirə olunacaq.

Konfransda MDB ölkələrinin hökumət nümayəndələri, beynəlxalq inkişaf institutları, eləcə də MDB, Avropa və Asiya dövlətlərinin milli (mərkəzi) və iri bankları, biznes strukturlarının rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

 

AzərTac.az