Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası başlanmışdır

Posted by

Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası başlanmışdır

Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası başlanmışdır

Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası başlanmışdır

Bu gün Bakıdakı “Hilton” otelində MDB Elektroenergetika Şurasının 45-ci iclası başlanmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edir.

MDB-nin hökumətlərarası orqanı olan Elektroenergetika Şurası 1992-ci ilin fevral ayında MDB ölkələrində elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsi haqda saziş əsasında yaradılmışdır.

Bu təşkilatın məqsədi MDB ölkələrinin elektroenergetika sistemlərini əlaqələndirməklə istehlakçıların elektrik enerjisi ilə etibarlı təchizatını təmin etməkdir.

Qeyd etmək lazımdır ki, MDB Elektroenergetika Şurasının iclası artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Şuranın Bakıda ilk iclası 2004-cü ildə, ikinci dəfə isə 2009-cu ildə olmuşdur.

 

AzərTac.az