Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Posted by

Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

 

Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

 

Bu gün Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb.

 

APA-nın xəbərinə görə, iclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.

 

Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin iştirakı planlaşdırılsa da, tədbirə qatıla bilməyib.

 

Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib.

 

İştirakçılar əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Tədbir Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə başlayıb.

 

Açılışda çıxış edən MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib.

 

Daha sonra müxtəlif ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, iclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq.

 

İclasın gedişində hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsini nəzərdən keçirəcək, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılacaq.

 

İclasda MDB dövlətlərin Silahlı Qüvvələrinin hərbiçilərinin səhra hazırlığı (hava, dəniz) üzrə müsabiqələrin hazırlığı və təşkili ilə bağlı məsələlər də müzakirəyə çıxarılacaq.

 

 

Apa.az