Bakıda Litvanın turizm potensialı təqdim olunub

Posted by

Bakıda Litvanın turizm potensialı təqdim olunub

Gün.Az xəbər verir ki, Litvanın Azərbaycandakı səfirliyi və Turizm üzrə Dövlət Departamentinin dəstəyi ilə təşkil olunan tədbirdə bu ölkənin müxtəlif turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

 

Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte Litvaya Azərbaycandan gələn turistlərin sayının artdığını deyib.

 

O deyib ki, Litva Azərbaycandan daha çox turistlərin cəlb olunmasında maraqlıdır.

 

Daha sonra Litvanın kurort bölgələri, tibbi turizmi barədə ətraflı məlumat verilib. Litvanın tibbi turizm sahəsinin nümayəndəsi Qrajvidas Morkus ölkədə müalicənin Avropanın bir sıra ölkələrində göstərilən tibbi xidmətlə müqayisədə daha sərfəli olduğunu bildirib.

 

Təqdimat zamanı qeyd edilib ki, Avropanın ən yaşıl şəhərlərindən olan Vilnüsə və ölkənin digər yerlərinə səfər edən turistləri çox maraqlı, yaddaqalan bir səyahət gözləyir. Burada çox möhtəşəm əyləncə, alış-veriş mərkəzləri, SPA salonları fəaliyyət göstərir.

 

Hər həftə sonu paytaxtda pulsuz mədəni tədbir təşkil olunur. Eyni zamanda turistlərin imkanlarına uyğun olaraq müxtəlif səviyyəli otellər fəaliyyət göstərir. Turistlər burada Litva mətbəxi ilə yanaşı istədikləri ölkənin mətbəxini dada bilərlər.

 

Turistlər Belarusun Belavia aviaşirkəti ilə Bakı-Minsk-Vilnüs reysi üzrə 340 manat ödəməklə səyahət edə bilərlər.

 

Tədbirdə daha sonra Litvanın şəhərlərinə həsr olunmuş film nümayiş etdirilib.