Bakıda əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi açılacaqdır

Posted by

Bakıda əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi açılacaqdır

Bakıda əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi açılacaqdır

Bakıda əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi açılacaqdır

Xəbər verdiyimiz kimi, Bakıda əlilliyi olan insanlar üçün reabilitasiya və alternativ qayğı mərkəzlərinin sərgisi açılacaqdır.

Sərginin məqsədi Bakı şəhəri və rayonlarının ərazisində yaşayan əhalini icmada fəaliyyət göstərən reabilitasiya mərkəzləri və alternativ qayğı xidmətləri barədə məlumatlandırmaq, reabilitasiya və sosial xidmətlər göstərən mərkəzlərə dəstək verərək onların fəaliyyətlərini istifadəçilərin diqqətinə çatdırmaq, xidmət istifadəçilərinin ehtiyaclarını müəyyən etməklə onları müvafiq xidmətlərə yönləndirmək və beləliklə də, Azərbaycanda sosial xidmətlərin inkişafına töhfə verməkdir.

AzərTAc xəbər verir ki, bununla bağlı Azərbaycan Universitetində təşkil edilmiş tədbirdə bu ali məktəbin rektoru Eldar Qəhrəmanov çıxış edərək sərgi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, aprelin 29-da Bakıdakı “Park Bulvar” ticarət və əyləncə mərkəzində açılacaq sərgidə otuza yaxın reabilitasiya mərkəzinin iştirakı nəzərdə tutulmuşdur.

Rektor qeyd etmişdir ki, sərgi Bakının 11 rayonunda və Sumqayıtda əlilliyi olan insanların reabilitasiyası üçün hansı növ xidmətlərin mövcud olması və hansı xidmətlərə ehtiyac duyulduğunun müəyyən edilməsi baxımından çox aktualdır. Belə tədbirlər əlil olan ailələrin mövcud sosial reabilitasiya xidmətləri barəsində məlumatlandırmaq, onların arasında rəqabəti gücləndirmək və hədəf qrupunun ehtiyaclarına daha yaxşı cavab verməyə yardım edir.

Tədbirdə digər çıxış edənlər də Azərbaycan Universitetinin bu təşəbbüsünü yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, əlilliyi olan insanlar haqqında dövlət siyasətinə dəstək baxımından bu cür sərgilərin keçirilməsi təqdirəlayiqdir. Çünki əlilliyi olan insanların cəmiyyətimizin bütün sahələrində fəal iştirakını təmin etmək baxımından qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür.

 

AzərTac.az