Bakıda Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil olunmuşdur

Posted by

Bakıda Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil olunmuşdur

Bakıda Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil olunmuşdur

Bakıda Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil olunmuşdur

İyunun 17-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə “JM Marriott Absheron” mehmanxanasında ziyafət təşkil etmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilmişdir. Himləri əməkdar artist Fidan Hacıyeva canlı olaraq ifa etmişdir.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirmişdir ki, iki ölkə arasında enerji, siyasət, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir demişdir ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına güclü təsir göstərmişdir. Böyük Britaniyanın Azərbaycanda iri layihələrdə iştirakını xatırladan səfir, bu ölkəsinin Azərbaycana maraq göstərdiyini bildirmiş və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulamışdır.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbrikini çatdırmışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir. Neft və qaz sektoru burada ən bariz nümunədir. M.Cabbarov bildirmişdir ki, Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində çoxsaylı azərbaycanlı tələbə təhsilini Birləşmiş Krallıqda davam etdirir. Nazir əlavə etmişdir ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

AzərTac.az