Bakıda Holokost qurbanlarının anım gününə həsr edilən dəyirmi masa keçirilib

Posted by

Bakıda Holokost qurbanlarının anım gününə həsr edilən dəyirmi masa keçirilibBakıda Holokost qurbanlarının anım gününə həsr edilən dəyirmi masa keçirilib

Bakıda Holokost qurbanlarının anım gününə həsr edilən dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti (BSU) ilə birlikdə Holokost (yəhudi soyqırımı) qurbanlarının beynəlxalq anım gününə həsr edilən “Holokost və Xocalı müasirlərin gözü ilə” adlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin icraçı direktoru Azad Məmmədov bildirib ki, hər il yanvarın 27-si Holokost qurbanlarının beynəlxalq anım günü kimi qeyd olunur. İcraçı direktor deyib ki, tədbir bəşər tarixinin ən dəhşətli faciələrindən olan Holokostun nəticələrindən bir daha ibrət götürülməsi missiyasına xidmət edir.

 

BSU-nun rektoru, professor Asif Hacıyev Holokost faciəsinin Azərbaycanda müasirlərin gözü ilə müzakirə edilməsini multikulturalizm dəyərlərinin təzahürü kimi dəyərləndirib: “Bu, eyni zamanda Azərbaycan vətəndaşları tərəfindən yəhudi xalqının da tarixinə qiymət verməsi və acılarını birlikdə bölüşməsi mənasını verir”.

 

Tədbirdə İsrailin Akko şəhərinin meri Şimon Lankri “İsrailin Akko şəhərində Azərbaycan icması” mövzusunda məruzə ilə çıxış edib. Mer Azərbaycandakı multikultural mühitin onda xoş təəssürat yaratdığını vurğulayıb.

 

Millət Vəkili Yevda Abramov, israilli tədqiqatçı Arye Qut, Azərbaycan dağ yəhudiləri icmasının mətbuat katibi Murad Salmanov və başqaları məruzə ilə çıxış ediblər.

 

Apa.az