Bakıda dənizkənarı avtomobil yolunun tikintisi davam edir

Posted by

Bakıda dənizkənarı avtomobil yolunun tikintisi davam edir

Bakıda Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi davam edir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun 8 hərəkət zolaqlı olması nəzərdə tutulub. Yeni yolun birləşmələrlə birlikdə uzunluğu 1,75 kilometr, eni isə 45 metr təşkil edəcək. Yol boyu birləşmələrlə yanaşı, 3 ədəd yeraltı keçidin tikintisi də nəzərdə tutulur.

P.Mürsəliyev qeyd edib ki, yolun tikintisinin nə vaxt başa çatacağı hələlik məlum deyil. Bu, işlərin gedişindən asılı olacaq: “Tikinti işlərinə 2013-cü ilin may ayında başlanılan həmin ərazidə hazırda söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, paralel 3 keçidin tikintisi həyata keçirilir”.